Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Azərbaycan və Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib-FOTO

Çolpon-Ata şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.

Yenixeber.org: Nazirlər Kabinetindən verilən xəbərə görə, iclasda Baş nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Baş nazirinin müavini, komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri Əli Əhmədov və Qırğız Respublikası Nazirlər Kabinetinin sədrinin müavini, Qırğızıstan tərəfindən Komissiyanın sədri Bakıt Torobayev kiçik tərkibdə görüş keçiriblər. Görüş əsnasında ikitərəfli gündəlikdə olan aktual məsələlərə toxunulub.

Sonra iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Birgə hökumətlərarası komissiyanın iclası olub.

Ə.Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə Qırğızıstan hökumətinə təşəkkürünü bildirib.

Tərəflər Azərbaycan-Qırğızıstan dostluq əlaqələrinin və strateji tərəfdaşlığının hərtərəfli inkişafından məmnunluq ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir. İqtisadi-ticari əlaqələrin müsbət dinamikası məmnunluqla qeyd olunub. Bunu 2022-ci ilin yekunlarına dair əmtəə dövriyyəsinin 19 faiz artması göstərir. Bununla yanaşı, tərəflər qarşılıqlı ticarət həcminin iki ölkənin iqtisadi və mövcud potensialının inkişafı səviyyəsinə uyğun olmadığı barədə ortaq mövqe ifadə ediblər. Bununla bağlı 2023-2028-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks Proqramın hazırlanması və imzalanmasının vacibliyi qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı investisiya təşviq edilməsinə tərəfdar olduqlarını bildirib, bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun təsis olunması prosedurunun başa çatmasını alqışlayıblar.

Ə.Əhmədov Azərbaycanda olan əlverişli investisiya mühitindən bəhs edib. Qırğız tərəfinin diqqətinə çatdırılıb ki, inkişaf etmiş infrastruktur, dövlət səviyyəsində sərmayələrin qorunması bizim ölkəmizi investisiya baxımından cəlbedici edir. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığının dinamikası müsbət qiymətləndirilib. 2022-ci ilin yekunlarına dair Azərbaycan və Qırğızıstan arasında yükdaşımaları təxminən 1,7 dəfə artıb, tranzit yükdaşımaları iki dəfə çoxalıb.

Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin aktuallığı qeyd olunub. Tərəflər Orta Dəhlizin əlaqələndirilmiş şəkildə rəqəmsallaşdırılması işinin aparılmasına, həmçinin bu nəqliyyat istiqamətinə əlavə yüklərin cəlb olunması məqsədilə cəzbediciliyinin artırılmasına dair razılıq əldə ediblər.

Tərəflər, həmçinin bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı, turizm, mədəni-humanitar və digər sahələrdə ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqun davam edirilməsinə hazır olduqlarını ifadə ediblər.

İclasın yekunlarına dair Ə.Əhmədov və B.Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının Protokolunu imzalayıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam