Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Qərb ukraynalı pilotlarla bağlı razılığa gələ bilmir

 Vaşinqton və onun müttəfiqləri hələ də ukraynalı pilotların Amerikanın “F-16” qırıcılarından istifadəsinə dair təlimlərlə bağlı məsələlərdə razılığa gələ bilməyiblər. Buna görə də Kiyev tərəfindən qırıcıların qəbulu ləngiyir. 

Yenixeber.org: Bu barədə Amerikanın “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, Danimarka və Niderland Ukrayna Silahlı Qüvvələrinin təliminə dəstək verən 11 dövlətdən ibarət koalisiyaya rəhbərlik etsə də, indiyədək heç bir ölkə açıq şəkildə proqram üçün təyyarələr təqdim etməyi öhdəsinə götürməyib.

Nəşrin yazdığına görə, tərəflər ukraynalı pilotların dəqiq harada hazırlanacağına qərar verməli olacaqlar. Seçimlərdən biri onların ABŞ-ın Arizona şəhərində təlim keçməsidir. Qəzetin mənbələrinə görə, bu ideya o qədər də inkişaf etməyib.

Başqa bir plana görə, amerikalı hərbi pilotların ukraynalılara təlim keçmək üçün Avropaya göndərilməsini nəzərdə tutur. ABŞ rəsmiləri deyib ki, heç bir variant istisna edilmir, lakin hələlik yekun qərar verilməyib. “Biz bu planı həyata keçirməyin ən praktik yolunu müəyyən etmək üçün tərəfdaşlar və müttəfiqlərlə işləyirik”, - deyə mənbələrdən biri izah edib.

Bununla belə, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirmişdi ki, təlimin yayda Avropada başlaması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam