Bakıda sıxlıq müşahidə edilən yollar -SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Yenixeber.org: Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.