Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Mövləvi Əbdülhəmid:“Ədalətin icrası ən əsas şərtdir”

 
“Şura qərarlarının yerini şəxsi fərmanlar tutsa, diktatura yaranacaq”. İranın sünni lideri Mövləvi Əbdülhəmid cümə namazında etdiyi həftəlik çıxışında belə deyib.
Yenixeber.org: Dəfələrlə İran hakimiyyətinin siyasətini tənqid edən Mövləvi Əbdülhəmid, “ədalət” yerini tutanda “İslam hökuməti”nin münasib olduğunu vurğulayıb.
“İran iqtisadiyyatı hazırda böhran içindədir və xalqın bütün təbəqələri bundan əziyyət çəkir. İranın problemlərinin kökü siyasidir və daxili və xarici siyasət dəyişməyincə İran iqtisadiyyatı böhrandan çıxmayacaq. Keçmiş təcrübə göstərir ki, hicab məsələsində məcburiyyət, insanların bizneslərini bağlamaq narazılıqları artıran və nəticəsiz siyasətdir. Effektiv həll yolu nəzakət və hikmət, qadınlara hörmət etmək, onların istəklərinə diqqət yetirmək və siyasi məhbusları, xüsusilə də qadınları azad etməkdir”, - Əbdülhəmid bildirib.
İranda kütləvi etirazlar başlayan andan hakimiyyəti dözümlü olmağa və köklü islahatların keçirilməsinə çağıran Mövləvi Əbdülhəmid qətiyyətli “iffət və hicab” qanunu kimi mürtəce layihələrin əleyhinə çıxır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam