Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti I yarımilə yekun vurub -FOTOLAR

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində bu ilin I yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Yenixeber.org: Məlumata görə, iclası giriş sözü ilə Dövlət Xidmətinin rəisi İlqar Musayev açıb. O, dünyada gedən mürəkkəb ictimai-siyasi proseslər və çətin geosiyasi vəziyyətə baxmayaraq, ölkə prezidentinin uzaqgörən siyasəti nəticəsində respublikamızın iqtisadiyyatında əldə edilmiş uğurlar və nailiyyətlərin olduğunu vurğulayıb.

Müşavirədə dövlət başçısının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət və qayğısı qeyd olunmuş və bunların nəticəsi olaraq hesabat dövrü ərzində aidiyyəti sahə üzrə bir sıra önəmli sərəncam və fərmanların verildiyi, müvafiq qərarların qəbul edildiyi bildirilib.

Hesabat dövründə Dövlət Xidməti dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, təhlükəsizliyi və inkişafı, o cümlədən digər sahələrdə gördüyü işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

Xidmət rəisi Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bir sıra tədbirlərin uğurla və davamlı surətdə həyata keçirildiyi haqda məlumat verib.

Sonda 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Dövlət Xidmətinin bir sıra əməkdaşları təltif edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam