Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ukrayna SQ baş komandanı:“Krım bizim olacaq, məni heç kim dayandırmayacaq”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bildirib ki, hətta ölkənin müttəfiqləri buna qarşı çıxsa belə, Krım Kiyevin nəzarəti altında olacaq.

Yenixeber.org:  O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

"Vasitəm olan kimi nəsə edəcəm. Fərqi yoxdur - heç kim mənə mane olmayacaq", - Zalujnı deyib.

O, Ukraynanın qələbəsi ilə bağlı konsepsiyasını da açıqlayaraq, qeyd edib ki, ölkədə hələ də çox böyük iş var.

"Qələbə o zaman olacaq ki, bizim ordumuz - bəlkə də xeyli ordumuz olsun - bu, indi əlil arabalarında gəzən uşaqların təhlükəsizliyinə zəmanət verəcək ki, onlar belə şeylərin bir daha baş verməyəcəyini bilərək böyüyəcəklər", - baş komandan bildirib.

Ukrayna ordusunun baş komandanı daha əvvəl bildirib ki, silahlı qüvvələrin hərbçiləri 1 ay sonra Krımda olacaq.

Onun sözlərinə görə, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyatdır: “Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikaları irəliləyir”.

Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam