Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Litva Prezidenti:NATO Rusiya ilə sərhədləri yaxınlığında bazalar yaratmalıdır

NATO-nun Moskva ilə 1997-ci ildə imzalanmış münasibətlər və əməkdaşlıq haqqında fundamental aktı etibarsız saymasının və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının vaxtı çatıb.

Yenixeber.org:  Bu barədə Litva Prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində deyib.

"Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”, - Prezident nəşrə bildirib.

Dövlət başçısı qeyd edib ki, Litva artıq Rusiyadan gələn nüvə təhdidlərinə öyrəşib, çünki onları daim eşidir. O vurğulayıb ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlara başlayandan sonra alyans üzvləri müdafiə xərclərinin artırılmasının zəruriliyini dərk ediblər. Bununla belə, Prezident etiraf edib ki, o, bu keçid dövrünün çox uzanacağından ehtiyat edir, çünki vəziyyət çox təhlükəli və qeyri-sabitdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam