İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib.
Yenixeber.org: Qurum əksər əyalətlərdə sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib.
Bundan əlavə, Əndəlus vilayətində həyəcan siqnalı maksimuma - qırmızıya (həddindən artıq təhlükə) qaldırılıb.
Proqnozlara görə, havanın temperaturu 44 dərəcəyə çata bilər.
Madriddə isə istilər 38 dərəcəyə qalxacaq.
2021-ci ildə Dövlət Meteorologiya Agentliyi İspaniyada yeni temperatur rekordu qeydə alıb. Avqustun ortalarında Montoroda temperatur 47,2 dərəcəyə çatıb.