Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Britaniyalı admiral:“Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını itirib"

“Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını, o cümlədən 2500 tankını itirib”.

Yenixeber.org:  Bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin deyib.

Onun sözlərinə görə, ötən il Rusiya ordusu 10 milyon artilleriya mərmisi atıb, lakin ən yaxşı halda ildə 1 milyon mərmi istehsal edə bilir: “Eyni zamanda Rusiya 2500 tank itirib, halbuki ən yaxşı halda ildə 200 tank istehsal edə bilər”.

T.Radakin Ukraynanın əks-hücum əməliyyatlarının niyə ləng davam etdiyinə də münasibət bildirib: “Bu, Ukraynanın havadan müdafiə sistemlərinin zəifliyi, Rusiyanın əraziləri minalaması və Ukraynada bütün lazımi texnikaların olmaması ilə bağlıdır. Lakin Rusiya indi o qədər zəifləyib ki, müqavimət göstərmək imkanına malik deyil”.

Admiralın fikrincə, Ukraynanın ciddi əks-hücum əməliyyatları hələ qarşıdadır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən bəri davam edir.

Ukrayna əks-hücum əməliyyatlarına iyunun əvvəlində başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam