Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Britaniya kəşfiyyatı:Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib

Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib.

Yenixeber.org: Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.
Kəşfiyyat Xidməti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin iyun hesabatına istinad edərək bildirib ki, Rusiyanın 2023-cü il üçün hərbi xərclər büdcəsi təxminən 6,6 trilyon rubldur (85,8 milyard dollar)."Bu, Ukraynanın işğalından əvvəl 2021-ci ildəki 3,6 faizlə müqayisədə Rusiya ÜDM-nin təxminən 4,4 faizinə bərabərdir".
Britaniya Müdafiə Nazirliyi eyni zamanda qeyd edib ki, Rusiyanın həqiqi hərbi xərcləri şəffaflığın olmaması səbəbindən qeyri-müəyyən olaraq qalır.
"Müdafiə büdcəsinin yalnız bir hissəsi Ukraynadakı müharibəyə xərclənsə də, xərclərin artması Rusiyanın Ukraynadakı fəaliyyətinin baha başa gəldiyini göstərir. Bundan əlavə, Rusiya demək olar ki, müharibə ilə əlaqədar əlavə birbaşa büdcə müdafiə xərcləri ilə üzləşir ki, bura işğal olunmuş bölgələrdə təhlükəsizlik xərcləri və Ukrayna ilə həmsərhəd bölgələrdə müdafiə tədbirlərinin gücləndirilməsi üçün xərclə daxildir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam