Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Vaşinqtonda ETİRAZ AKSİYASI

Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.

Yenixeber.org:  Soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar.

Aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır", "Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!", "Ermənistan müharibə cinayətkarıdır", "Müharibəyə son" şüarları səsləndirib, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb ediblər.

Şüarlarda bölgədə sülhün bərqərar olmasına əngəllər yaradan Ermənistanın dünya ictimaiyyəti tərəfindən qınanılması tələb olunub.

İki saat davam edən aksiya zamanı ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qoruyub. Aksiya insidentsiz başa çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam