Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Almaniya mətbuatı:"Qarabağda Azərbaycana qarşı 500 vaqnerçi döyüşüb"

 
Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin son addımları Ukrayna müharibəsində dönüş nöqtəsinə səbəb oldu. Muzdlu dəstələrin döyüşçüləri Kremlə qarşı üsyan qaldıraraq şənbə günü Moskvaya doğru yola düşmüşdülər.
Yenixeber.org: Bu fikirlər Almaniyanın rnd.de saytında dərc olunan təhlildəndir.
Məqalə müəllifi planlaşdırılan hərbi qiyamın reallaşmadığını xatırladıb. O, Rusiya prezidenti Vladimir Putinin muzdlulara rəhbərlik edən Yevgeni Priqojini vətən xaini adlandırmasını da vurğulayıb.
Yazıda ən çox diqqət çəkən məqam isə hazırda Rusiyada "qəhrəman"dan xəyanətkara çevrilmiş Priqojinin muzdlularının 2020-ci ildəki 44 günlük müahirəbədə Azərbaycan ordusuna qarşı da döyüşməsidir.
"Sayı minlərlə ölçülən “Vaqner” döyüşçüləri indiyədək Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə mühüm gücündən biri olub.
Bu silahlı qruplar başqa harada döyüşüb? Vaqnerçilər 2015-ci ildən Suriya müharibəsində iştirak edirdi. Burada onlar aktiv döyüş əməliyyatları reallaşdırıblar və prezident Bəşər Əsədin ixtiyarında olan qoşunlara təlimlər keçiblər. Hətta vaqnerçilərin Palmira şəhərinin İŞİD-dən geri alınmasında mühüm rol oynadığı bildirilir", - nəşr yazıb.
Müəllif təhlükəli muzdluların illər öncə Ermənistan ordusuna da ayaq açmasını gizlətməyib: "Vaqner"in 500-ə yaxın üzvünün Qarabağ münaqişəsi zamanı, 2020-ci ilin noyabr ayının əvvəlində Ermənistan tərəfində Azərbaycana qarşı döyüşdüyü bildirilir. Şirkət isə bunu təkzib edib. Bundan başqa, onlar Belarusa da ayaq açıblar. Bu ölkədə prezident seçkiləri ərəfəsində “Vaqner” qrupunun 32 üzvü həbs edilmişdi. Onlar sonradan Rusiyaya aparıldılar. Qrupun seçkilərdə sabitliyi pozmağa çalışdığı bildirilirdi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam