Putin Priqojinə təşəkkür etdi -SƏBƏB

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə bu gün ikinci dəfə telefonla danışıb.
Yenixeber.org: O, Lukaşenkoya Yevgeni Priqojinlə danışıqların nəticəsinə görə təşəkkür edib. Bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın Telegram kanalı Pool of the First məlumat yayıb. Bildirilib ki, Belarus prezidenti Putinə "Vaqner"in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı informasiya verib.