Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

BMT:PKK və onun qolları Suriyada 1 200-dən çox uşağı silahlandırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD, YPG-nin 2022-ci ildə Suriyada 1 200-dən çox uşağı silahlandırdığını açıqlayıb.

Yenixeber.org:  Bu barədə BMT-nin hesabatında deyilir.

Təşkilatın 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı “İllik silahlı qarşıdurmalarda uşaqlar” hesabatında PKK terror təşkilatı və onun Suriyadakı qolu YPG-nin ötən il 1 200-dən çox uşaqdan döyüşçü kimi istifadə etdiyi bildirilib.

Hesabatda Suriyada 2 min 407 uşağın zorakılıqla üzləşdiyi, 1 696 azyaşlının YPG/PKK, PYD tərəfindən döyüşçü və ya müxtəlif məqsədlər üçün istifadə edildiyi bildirilib.

Hesabatda PKK-nın Suriya qolu olan PYD-dən 637, YPG/PKK və PYD-yə bağlı qruplaşmalardan isə 633 uşağın hərbi xidmətə cəlb edildiyi olunur.

"PYD/PKK-nın uşaqlardan əsgər kimi istifadə etməsindən son dərəcə narahatam. Onları uşaqları əsgər kimi və başqa məqsədlər üçün istifadə etməyi dayandırmağa və öz sıralarındakı bütün uşaqları azad etməyə çağırıram”, - BMT Baş katibi Antoniu Quterreş qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam