Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Söyüdlüdəki monitorinqin nəticələri tezliklə açıqlanacaq

Söyüdlüdəki monitorinqin nəticələri tezliklə açıqlanacaq

"Söyüdlü kəndində sakinlərlə görüşdük. Yerində cavablandıra biləcəyimiz sualları cavablandırdıq. Narazılıq yaradan bütün məsələlər yoxlanılacaq və aydınlıq gətiriləcək".

Yenixeber.org: Bu fikirləri Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Komissiya sədri vurğulayıb ki, artıq kənddə bu istiqamətdə monitorinq işlərinə başlanılıb və nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyaya Söyüdlüdə tullantıxana sahəsində monitorinqlər aparmaq və mövcud vəziyyəti qiymətləndirmək, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmaq, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam