Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kaxovka SES-in partlaması nəticəsində ətraf mühitə dəyən ziyan açıqlanıb

 Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində ətraf mühitə dəymiş ümumi ziyan 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Yenixeber.org:  Bunu Ukraynanın Baş naziri Denis Şmıqal Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda deyib.

Onun sözlərinə görə, buraya kənd təsərrüfatına, infrastruktura, yaşayış binalarına dəyən zərərin ilkin hesablamaları və stansiyanın özünün bərpası xərcləri daxildir.

Ukrayna hökumətinin başçısı qeyd edib ki, Dünya Bankı tərəfindən 411 milyard dollar dəyərində qiymətləndirilən Ukraynanın bərpasının ümumi dəyəri Kaxovka SES-in partlatmasından sonra artacaq.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib. Son məlumatlara görə, stansiyanın artladılması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam