Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qafqaz Müsəlmanları İdarəsində kadr dəyişikliyi olub

eli-eliyev-isden-cixarildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb.

Yenixeber.org: Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo”da Ə.Əliyevlə bağlı yazı yayımlanmışdı. Yazıda bildirilirdi ki, Ə.Əliyev uzun illər QMİ nümayəndəsi kimi Gürcüstan ərazisində Acarıstan da daxil olmaqla bütün müsəlmanların (həm sünni, həm də şiə) məsələlərinin idarə olunmasına cavabdeh olsa da, daima öz merkantil maraqlarını güdüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam