Si Cinpin Çində Bill Qeytslə görüşəcək
Çin Xalq Respublikasının Sədri Si Cinpin məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeytslə görüşəcək.
Yenixeber.org: Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, görüş Çində baş tutacaq.
B. Qeyts 2019-cu ildən bəri ilk dəfə Çinə öz xeyriyyə fondu olan “Bill & Melinda Gates” adından gəlib.