Ərdoğan Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Yenixeber.org: Bu barədə Türkiyə dövlət başçısı tviter səhifəsində paylaşım edib.
“Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Azərbaycanlı bütün qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, - Ərdoğan bildirib.