Ermənilər Gorus istiqamətində mövqelərimizi atəşə tutublar -Cavab tədbirləri görülür
İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.
Yenixeber.org: Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.