Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kadırovun "sağ əli"nin koordinatlarını "Vaqnerçilər" sızdırıb? -QİSAS

Kadırovun "sağ əli" olan Adam Delimxanovun yerinin koordinatları Ukrayna tərəfinə "Vaqner" PMC-nin muzdluları tərəfindən sızdırılıb.
Yenixeber.org: Bunu Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının komandiri Roman Venevitin deyib.

Onun sözlərinə görə, "Vaqnerçilər" Delimxanovun yeri barədə məlumatı Ukrayna kəşfiyyatına ötürüblər:
"Onlar ("Vaqnerçilər" - red.) 2006-cı ildən ordunun qida tədarükçüsü olan Priqojinin ("Vaqner"in lideri - red.) sərvət mənbələri barədə danışmaqla hədələyən Ramzan Kadırovdan qisas aldılar. Çeçenistan rəhbərinin "sağ əli" olan Adam Delimxanov artilleriya atəşindən sonra ağır vəziyyətdədir. Prioritet hədəfləri vuran Ukrayna xüsusi xidmət orqanları işləyirdi. Çox diqqətli və intensiv işləyirdilər. Təəssüf ki, itkilər çoxdur", - zabit bildirib.
Venevitin həmçinin bildirib ki, təxliyə üçün 12 təyyarə çağırılıb. Yaralılara lazımi yardım göstərilir.
Qeyd edək ki, Ukraynada gedən döyüşlərdə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun yaralanması deyilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam