Yenixeber.org: Bu barədə məlumatı Almaniyanın BİLD nəşri yayıb.
Nəşr yazır ki, Şolts bu gün Nürnberqdə Almaniya Evangelist Kilsəsinin konqresində çıxış edərək, Rusiya prezidenti ilə əlaqəni kəsmək niyyətində olmadığını bildirib.
O əlavə edib ki, Ukraynada müharibə başlayandan sonra Vladimir Putinlə danışıb və “yaxın gələcəkdə bunu yenidən təkrarlamağı” təklif edir.
Almaniya hökuməti başçısının sözlərinə görə, rus qoşunlarının Ukraynadan çıxarılması “ədalətli sülhə” nail olmaq üçün zəruri şərtdir.