Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Müdafiə Nazirindən göstəriş:Təxribatların qarşısı dərhal alınsın

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib. 

Yenixeber.org:Bu barədə Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə keçirilən komanda-qərargah təlimi ilə bağlı yaydığı məlumatda bildirilib. Yekun iclasında təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. 

Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib. 

Döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam