Yenixeber.org: Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. “Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə biz hücum hərəkətlərinə keçirik”,- deyə Malyar əlavə edib.
Malyar qeyd edib ki, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır: “Orada ukraynalı döyüşçülər kifayət qədər geniş cəbhəboyu hərəkət edirlər. Eyni zamanda, rus işğalçıları müdafiəyə keçərək öz mövqelərini saxlamaq istəyirlər. Cənubda da düşmən müdafiəyə keçir. Orada yerli döyüşlər davam edir”.










AZ
RU
