Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Britaniya XİN rəhbəri Kiyevdə Zelenski ilə görüşdü

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə gedib.

Yenixeber.org:  Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya XİN rəhbəri Kleverli ilə görüşünə dair "Telegram" səhifəsində paylaşımında bildirib.

Tərəflər NATO-nun Vilnüs sammitindən Ukraynanın gözləntiləri də daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər.

Prezident Zelenskinin görüşə dair paylaşdığı videogörüntüdə o, bildirir ki, son həftələrdə “vacib razılaşmalar” əldə olunub.

"Böyük Britaniyanın Ukraynaya verdiyi güclü dəstəyə görə çox minnətdarıq", - Zelenski görüşdə deyib. Ukrayna Prezidenti bu yaxınlarda ukraynalı pilotlara döyüş təyyarələrindən istifadə etmək üçün təlimlərə başlayacağına görə Böyük Britaniyaya təşəkkür edib.

Görüşdə Böyük Britaniya XİN rəhbəri qışda Kiyevə son səfərindən danışıb. "Amma bu dəfə şəhərdə daha çox həyat olduğunu görürəm", - Kleverli əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam