Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Tramp özünü "Mona Liza"ya bənzədir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının sədaqətindən danışarkən özünü məşhur Mona Liza tablosu ilə müqayisə edib.
Yenixeber.org: Mirror-un məlumatına görə, Tramp S4C-yə müsahibəsində belə bir “qəribə bəyanat” verib. Mitinqlərinin populyarlığını və bütün hadisələri izləyən tərəfdarlarının sədaqətini təsvir edən Tramp özünü Leonardo da Vinçinin məşhur şah əsərinə bənzədib.
- "Mona Liza" tablosunu ziyarət edən insanlar var. Onlar "Mona Liza"nı sevirlər və onu 100 dəfə ziyarət edirlər. Və hər dəfəsində tablo daha da yaxşı görünür,- siyasətçi deyib.
O, həmçinin pərəstişkarlarını "20-ci Broadway tamaşası"na gedən teatrsevərlərə və mahnıları təkrar-təkrar dinləyən rok qrupunun dinləyicilərinə bənzədib.
ABŞ-ın keçmiş prezidenti sadiq pərəstişkarları haqqında sənədli film çəkmək üçün uelsli jurnalist Maksin Hyuzla görüşməyə razılaşıb. Onunla müsahibənin görüntüləri iyunun 11-də yayımlanmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam