İrəvan metrosundakı “Böyük Ermənistan” xəritəsi YIĞIŞDIRILDI
İrəvan metrosunda yerləşdirilmiş qondarma "Böyük Ermənistan" xəritəsi yığışdırılıb.
Yenixeber.org:Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
"Böyük Ermənistan" xəritəsinin metrodan yığışdırılması ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi ekspertlərin fikrincə, sözügedən xəritənin götürülməsi ermənilərin qondarma planlarının iflasından irəli gəlir.