Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Avropa İttifaqı Kişinyov görüşü barədə BƏYANAT yaydı

Avropa İttifaqının Ali Nümayəndəsinin sözçüsü Peter Stano Kişinyovda Ermənistan və Azərbaycan liderləri arasında keçirilməsi planlaşdırılan görüş öncəsi bəyanat yayıb. 

Yenixeber.org:Bəyanatda deyilir: 

- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi son bir ayda intensivləşib və Avropa İttifaqı bunu alqışlayır. Aİ hesab edir ki, bu tarixi anı saxlamaq və sülh prosesini riskə atacaq addımlardan, o cümlədən düşmənçilik ritorikasından çəkinmək vacibdir. 

Mayın əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə aparılan danışıqlardan sonra, iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçirilməsi planlaşdırılan növbəti görüşdən əvvəl, mayın 14-də Brüsseldə liderlərin görüşü baş tutdu. Ermənistan və Azərbaycan liderləri Moskvada da görüşüblər. 

Brüsseldə onlar sərhəd məsələləri, əlaqələnmə, humanitar məsələlər və keçmiş Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi kimi bir neçə əsas mövzuya diqqət yetiriblər. 

O vaxtdan bəri liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını açıq şəkildə təsdiqləyiblər. 

Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olduğunu alqışlayırıq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də verdiyi bəyanatını da alqışlayırıq. 

Bu həssas məsələlər üzərində iş davam etdikcə, hərtərəfli normallaşma ilə bağlı bütün məsələlərdə həll yollarına nail olmaq üçün inam yaratmaq, yaxşı niyyətlə işləmək və liderlik nümayiş etdirmək üçün addımlar atmaq vacibdir. 

Çətin münaqişə tarixinə və keçmişə baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir. Avropa İttifaqı bu addımda tərəfləri dəstəkləməyə sadiqdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam