İsveçin müdafiə naziri Kiyevə səfər edib -FOTO
İsveçin müdafiə naziri Pal Yonson Kiyevə səfər edib.
Yenixeber.org: Bu barədə nazir Yonson "Twitter" hesabında bildirib.
"Mülki müdafiə naziri Karl Oskarla birlikdə Kiyevdə səfərdəyəm. İsveçin Ukraynaya davamlı dəstəyini müzakirə etmək üçün dostum və həmkarım Oleksii Reznikovla görüşdüm. Ukrayna silahlı qüvvələrinin fəaliyyətinə və Ukrayna xalqının dözümlülüyünə heyrətlənirik", isveçli nazir paylaşımında qeyd edib.