Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Türkiyə prezidenti Erdoğan "Trump-ın məktubunu zibilə atıb"-"Yaxşı şeylər baş verməzsə,..."

 

                         Fotonun müəllifi: REUTERS

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trump-ın məktubunu "zibilə atıb", əldə etdiyimiz məlumatda deyilir.

Yenixeber.org: 9 oktyabr tarixli məktubda cənabTrump Erdoğana yazır: "Dikbaş olmayın. Axmaq olmayın!".

Türkiyə prezidentinə yaxın mənbələrdən redaksiyamıza verilən məlumatda deyilir ki, cənab Erdoğan məktubu "tamamilə rədd edib".

Məktubun alındığı gün Türkiyə Suriya sərhədini keçərək kürd silahlılarına qarşı hərbi əməliyyat həyata keçirib.

ABŞ Prezidenti Donald Trump-ın "Barış Pınarı Hərəkatı"-nın başladığı gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğana Suriyanın şimal-şərqi ilə bağlı razılığa gəlməyə çağırdığı məktub ortaya çıxıb.

İlk olaraq Fox News müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. New York Times qəzeti Trump-ın çərşənbə günü Suriya haqqında Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Erdoğana "ağır" məktub yazdığını bildirib.

Trump daha sonra Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri Respublikaçı Kevin McCarthy-den məktubun nüsxəsini iclasdakılara paylamasını istəyib.

Trump məktubda Erdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Dikbaş olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm" deyib.

Trump öz məktubuna Suriya Demokratik Qüvvələrinin Baş Komandiri Mazlum Kobaninin Türkiyə ilə danışıqlar aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu vurğuladığı məktubunu da əlavə edib.

ABŞ prezidenti Donald Trump və Türkiyə prezidenti Recep Tayyip ErdoğanFotonun müəllifi: AFP

Trump Türkiyənin bəzi problemlərini həll etmək üçün çox çalışdığını vurğulayıb:

"Cənab Prezident, gəlin yaxşı razılıq ortaya qoyaq. Minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz və mən Türkiyə iqtisadiyyatını məhv etməkdə məsul olmaq istəmirəm - və bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.

Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məyus etmə. Böyük razılıq əldə edə bilərsiniz. Baş Komandir Mazlum sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç vaxt etmədikləri güzəştlərə getməyə hazırdır. Mən gizli olaraq yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm".

TRUMP MEKTUPFotonun müəllifi: REUTERS

Məktubun üzərində "9 oktyabr, 2019" tarixi qeyd olunur. Bu tarix Türkiyənin Suriyanın şimal-şərqindəki Suriya Demokratik Qüvvələrinin nəzarəti altındakı ərazidə təhlükəsiz ərazi yaratmaq üçün başlatdığı "Barış Pınarı Hərəkatı"na başladığı günə təsadüf edir.

Əsas hissəsini kürd qruplaşmalarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri Suriyada başda ABŞ olmaqla Qərbin, özünü İslam Dövləti adlandıran hərbi qruplaşma (İŞİD) ilə mübarizəsindəki ən əhəmiyyətli müttəfiqidir.

Lakin Türkiyə Suriya Demokratik Qüvvələrini, YPG, PYD-ni PKK-nın bir qolu olaraq görür və "terror təşkilatı" kimi tanıyır.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam