Qərb Qarabağdakı vəziyyətə müdaxilə etməyə çalışır -Şoyqu
NATO Şərqi və Mərkəzi Avropada öz qruplaşmalarını qurmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir".
Yenixeber.org: Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Qərb ölkələri Ukrayna hakimiyyətini döyüş meydanında taktiki uğurlar nümayiş etdirməyə vadar edir, ölkəni silahla doldurur, bu da münaqişənin genişlənməsinə gətirib çıxarır və uzadır", - iddia edib.
"Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. ABŞ regionda sabitliyi pozmaq üçün Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrdən istifadə etmək niyyətindədir", - Şoyqu iddiasını davam etdirib.