Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NATO-nun sammiti və Qarabağ- Gözləntilər nədir?

 

NATO-nun sammiti və Qarabağ - Gözləntilər nədir?

Yenixeber.org: Belçika Krallığına işgüzar səfər edən Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və NATO baş katibi Y.Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

Mətbuata verilən bəyanatlarda NATO-Azərbaycan əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Stoltenberq bəyan edib ki, NATO Azərbaycanla əməkdaşlığa sadiqdir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir. Aydındır ki, bu münaqişənin hərbi yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəkləyirik və Ermənistanprezidenti ilə bərpa etdiyiniz dialoq barədə eşitdiyim xəbər məni ruhlandırdı. Biz münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyirik” - Yens Stoltenberq bildirib. 



Azərbaycan prezidenti isə öz çıxışında əlaqələrimizin müsbət templə inkişafından bəhs edib. Eyni zamanda Azərbaycan reallıqlarını qarşı tərəfin diqqətinə çatdırıb. Ölkə başçısı NATO görüşündə, həmçinin Azərbaycanın iqtisadi inkişaf tempindən, əldə edilən nailiyyətlərdən, ölkəmizin ümumi daxili məhsulunun son 14 ildə 3 dəfə artmasından, Azərbaycanda yoxsulluğun 49 faizdən 5 faizə enməsindən, işsizliyin 5 faiz səviyyəsində olmasından, xarici borcun ümumi daxili məhsulun 20 faizindən aşağı səviyyədə olmasından, valyuta ehtiyatlarının təxminən ümumi daxili məhsula bərabər olmasından, aparılan dərin iqtisadi, siyasi islahatlardan danışıb.

Prezident eyni zamanda ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti bir daha NATO rəhbərliyinin diqqətinə çatdırıb. Xüsusilə qeyd edib ki, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də icra olunmamış qalır.



“Regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistanstatus-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”, - Prezident İlham Əliyev vurğulayıb. 



Azərbaycan prezidenti İlham Əliyevin NATO baş katibi ilə görüşünü AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirovun fikrincə, ölkə başçısının Azərbaycan həqiqətlərini NATO-da bəyan etməsi dünyaya mühüm mesajdır. Məqsəd ondan ibarətdir ki, NATO rəhbərliyi səviyyəsində Ermənistanın bu əməllərinə qiymət verilsin, ona qarşı təzyiq mexanizmlərinin işə salınmasında alyansın rolu olsun: 

“Ən başlıcası NATO bu məsələlərdə beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipinin təmin edilməsində öz dəstəyini göstərsin. NATO-nun baş katibi bildirdi ki, bu proseslərdən onlar tam məlumatlıdırlar. Eyni zamanda Yens Stoltenberq qeyd etdi ki, münaqişənin həlli hərbi yox, danışıqlar yolu ilə olmalıdır. NATO-nun bu münaqişənin həlli ilə məşğul olmadığını qeyd edən baş katib bəyan etdi ki, ATƏT-in Minsk qrupunun davam etdirdiyi prosesə dəstək verə bilər”.

E.Nəsirov hesab edir ki, Azərbaycan üçün NATO-nun belə bir dəstəyi əhəmiyyətlidir: “NATO-nun ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməsi vacibdir. Bu dəstək onun üçün vacibdir ki, münaqişə beynəlxalq hüququn ərazi bütövlüyü çərçivəsində həllini tapsın”.

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam