Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Paşinyanın son bəyanatları qarışıq reaksiyaya səbəb oldu -Zaxarova

"Hər bir ölkənin KTMT-nin fəaliyyətini qiymətləndirmək hüququ və imkanı var. Biz bu təşkilatın fəaliyyətini yüksək səmərəli hesab edirik". 

Yenixeber.org: Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarını şərh edərkən bildirib. 

"Biz yerlərdə vəziyyətə bizim malik olduğumuz vasitəçilik funksiyaları kimi baxırıq. Bütün səviyyələrdə danışıqlar gedir, xarici işlər nazirlərinin görüşləri keçirilib, təmaslar davam edir. Bu, bir sıra sahələr və idarələr üzrə konkret işimizin mövzusudur. Rusiya nizamlanmada vasitəçidir və bu baxımdan bizim üçün dövlətin bu mövzuda dəqiq mövqeyinin olması vacibdir. Biz Paşinyanın bəyanatını Praqa sammiti zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndiririk. Sonra 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən Fransa və Aİ ilə birgə bəyanat qəbul edildi. Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi. Paşinyanın son bəyanatları Ermənistanın özündə, Qarabağda qarışıq reaksiyaya səbəb oldu. Bu, onların daxili çəkişmələri kontekstindədir. Sülh müqaviləsi layihəsinin özünə gəlincə, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların sonuncu raundu tərəflər arasında bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa kömək etdi", - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam