Təxribat törədən 2 erməni hərbçi zərərsizləşdirildi
Ermənistanın silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı təxribat törədən iki hərbçisi zərərsizləşdirilib.
Yenixeber.org: Onlardan biri ölüb, digəri yaralanıb.
Ölən hərbçi 2003-cü il təvəllüdlü Edqar Süleymanyandır. Yaralanan hərbçinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.