Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kleverli:"Britaniya SEPAH-ın çirkin fəaliyyətini məhdudlaşdırmaqda davam edir"

London SEPAH-ın və İran hökumətinin çirkin fəaliyyətlərini məhdudlaşdırmaq üçün ən təsirli yolu qiymətləndirməyə və müəyyənləşdirməyə davam edəcək. Bu məsələdə Böyük Briytaniya milli maraqlara əsaslanaraq qərarlar verəcək. Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli Amerikanın “Fox News” telekanalına müsahibəsində belə deyib.
Yenixeber.org: Kleverli Britaniyanın nəyə görə SEPAH-ı hələ də terrorçu qruplar siyahısına salmadığı sualına cavabbında hələlik yalnız ABŞ-ın SEPAH-ı terrorçu qrup elan etdiyini söyləyib. Bununla yanaşı, Ceyms Kleverli ölkəsinin təhlükəsziliyini təmin edə biləcək qərarları daim nəzərdən keçirəcəyini deyib.
“Böyük Britaniya hökuməti Britaniya xalqının və regionun təhlükəsizliyinin, ölkənin fundamental öhdəliklərinə uyğun olmasını təmin etmək üçün qərarları daim nəzərdən keçirəcək. London İrana qarşı sanksiyaların tətbiqi və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi ilə Beynəlxalq Atom enerjisi agentliyində Tehrana qarşı birgə mövqe sərgiləməkdə Fransa, Almaniya və ABŞ ilə sıx əməkdaşlıq edir”, – Ceyms Kleverli vurğulayıb.
Son aylarda Britaniya İcmalar Palatasının bir sıra üzvləri SEPAH-ı terrorçu təşkilat adlandırıblar. Onlar baş nazir Rişi Sunaka təzyiq göstərərək hökumətin də bu addımı atmasını tələb edirlər. Britaniya siyasətçiləri arasında ölkənin Daxili İşlər naziri Suella Braverman da SEPAH-ın terrorçu təşkilat adlandırılmasının tərəfdarıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam