Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəlilabadda doğum şöbəsinin müdiri məhkəmə zalında həbs olunub -SƏBƏB

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının doğum və ginekologiya şöbəsinin müdiri olmuş Nigar Qəhrəmanova məhkəmə zalında həbs olunub. 

Yenixeber.org: O, doğuş zamanı iki ananın ölümündə və rüşvət almaqda suçlanır.
42-yaşlı həkimin ittiham olunduğu ölüm hadisələrindən biri 2021-ci ilin iyununda, ikincisi isə həmin ilin sentyabrında baş verib. Birinci halda, qeysəriyyə əməliyyatı ilə əkiz uşaqlar dünyaya gətirən 37-yaşlı Xəyalə Əhmədova bir gün sonra vəfat edib. İkinci halda isə Cəlilabad rayonunun Muğan kənd sakini 19-yaşlı Fatimə Həziyeva əməliyyat yolu ilə övlad dünyaya gətirəndən sonra həyatını itirib.

Ekspertiza hər iki ölümdə həkim səhvi olması haqda rəy verib. İddia olunur ki, əməliyyatın gedişi zamanı və əməliyyatdan sonra Xəyalə Əhmədovada baş verən qanaxmanın mənbəyi, mənşəyi və miqdarı düzgün qiymətləndirilməyib. Nəticədə vaxtında lazımi tədbirlər görülməyib. O da qanitirmə səbəbindən ölüb.(Azadlıq Radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam