Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Sabirabad Rayon Polis Şöbəsində Heydər Əliyevin anım tədbiri təşkil olunub-FOTO

Sabirabad Rayon Polis Şöbəsində müstəqil Azərbaycan Dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar anım tədbiri təşkil olunub. Tədbirin əvvəlində Ümummilli Liderin və torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yenixeber.org: Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov Ümummilli Lider Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda titanik fəaliyyətindən danışıb. O, qeyd edib ki, məhz Ümummilli Liderimizin sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruldu, milli-mənəvi inkişaf istiqamətində əvəzolunmaz işlər görüldü. Bugün Azərbaycan Dövləti qarşısında duran bütün problemləri öz gücü ilə həll etmək iqtidarındadır.

Daha sonra çıxış edənlər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunda bəhs ediblər. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam