Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qusar polisi məktəblilər ilə görüşüb-FOTOLAR

 Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Atlıxan kənd tam orta məktəbində “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə,  polis əməkdaşları,   yerli icra nümayəndəsi,

həkim, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik- leytenantı Mövlud Əliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə

yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. 

Tədbirdə həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb. 

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam