Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənistanın baş prokuroru: -"Aqşin və Hüseynin ekstradisiyasına icazə verilmir"

Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə jurnalistlərə bildirib ki, indiki mərhələdə Naxçıvandan əlverişsiz hava şəraiti ilə əlaqədar azaraq Ermənistan ərazisinə daxil olan Azərbaycan əsgərlərinin ekstradisiyasına icazə verilmir.
Yenixeber.org: “Məhkəməyədək icraat mərhələsində ekstradisiya gözlənilmir və icazə verilmir. Bu, yalnız qanuni məhkəmə aktları olduqda baş verir. Ekstradisiya bir sıra konvensiyalarla tənzimlənir, Azərbaycanın timsalında bunlar 1998-ci il Moskva Konvensiyası və Strasburq Konvensiyasıdır”, - Vardapetyan bildirib.
Erməni əsirlərin Azərbaycandan qaytarılması müqabilində ekstradisiya tətbiq oluna bilərmi sualına o, bu məsələnin onun səlahiyyətindən kənarda olduğunu deyib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam