Sabiq baş prokuror səfir göndərildi
Ukraynanın keçmiş baş prokuroru İrina Venediktova Lixtenşteynə səfir təyin olunub.
Yenixeber.org: Bu barədə müvafiq qərarı ölkə prezidenti Volodimir Zelenski imzalayıb.
Bildirilib ki, eyni zamanda o, Ukraynanın İsveçrədəki səfiri kimi fəaliyyətini davam etdirəcək.
Bundan başqa, prezident Ukraynanın Vyetnamdakı səfiri Oleksandr Qamana ölkənin Kambocadakı səfiri kimi fəaliyyət göstərməyi tapşırıb.