Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Əcnəbi mütəxəssislə ASAPES-də nəzəri, F1 trasında praktiki dərslər keçirilir-FOTOLAR

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman menecmenti” magistr ixtisası tələbələrinə “İdman marketinqi” modulunu tədris etmək məqsədilə Köln Alman İdman Universitetinin (German Sports University Cologne) magistri, Qallen Universitetinin (University of St.Gallen (HSG) doktorantı Con Andrea Şoçer (Jon Andrea Schocher) Bakıda səfərdədir.
Yenixeber.org: İntensiv keçirilən dərslər zamanı Con Andrea Şoçer magistrantlara idman məhsulları, idmanda sponsorluq, beynəlxalq idman sənayesi haqqında mühazirələr oxuyub, həmçinin marketinq və idman haqqında magistarantlarla qarşılıqlı fikir mübadiləsi aparıb.
Tədris prosesinin praktiki hissəsi olaraq “İdman menecmenti” ixtisasının 1-ci kurs tələbələri Con Andrea Şoçerlə birlikdə “Formula 1” Azərbaycan Qran Prisində iştirak edən “Alfa Romeo” komandasının üzvləri ilə də görüşüblər. Görüş zamanı tələbələr yarış ərazisini gəzərək F1 komandalarının hazırlıq prosesini müşahidə etmək imkanı qazanıblar.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam