Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Müdafiə nazirinin müavinləri Türkiyəyə gediblər

Azərbaycanın müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyəyə gediblər.
Yenixeber.org: Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib. Bildirilib ki, R.Tahirov, A.Qurbanov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları “TEKNOFEST-2023” çərçivəsində İstanbul şəhərində səfərdə olduqları zaman “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi”ni ziyarət edib.

Ziyarət zamanı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən qəbul edilən nümayəndə heyətimiz Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini bildirərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulanıb.

Görüş zamanı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanaraq, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam