Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Son 5 ildə 282 min nəfər işə düzəldilib -NAZİR

"Son beş ildə Azərbaycanda məşğulluq orqanları vasitəsilə və sahibkarların köməkliyi ilə 282 min nəfər işə düzəldilib”. 

Yenixeber.org: Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib. 

Nazir, həmçinin, 14 min nəfərin peşə hazırlığına cəlb olunduğunu bildirib: 

“2 000 nəfərə yaxın işsiz işlə təmin edilib. Bütün aktiv məşğulluq tədbirləri sahibkarların ciddi dəstəyi olmadan həyata keçirilə bilməzdi. Qeyd edim ki, Azərbaycanda özünüməşğulluq proqramının icrasına 2017-ci ilin sonlarından başlanılıb. Keçən il bu proqram 16 min şəxsi əhatə edib. O, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafı baxımından önəmlidir. Ötən dövr ərzində proqram çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib”. 

“Azərbaycanda sahibkarların ciddi korporativ sosial məsuliyyət (KSM) layihələri də həyata keçirilir. Xüsusilə pandemiya dövründə qısa müddət ərzində beş milyon insanı əhatə edən sosial dəstək paketləri həyata keçirildi. Hökumət də sahibkarlarımıza bu barədə müraciət ünvanladı. Azərbaycanda pandemiya dövründə əmək müqavilələrinin sayı nəinki azalmadı, hətta artdı. Altı aylıq bir dövrdə sahibkarlar yüzminlərlə dəstək paketlərini işsizlərə təqdim etdi. Vətən müharibəsindən sonra da sahibkarlar KSM istiqamətində önəmli addımlar atdılar”, - deyə S.Babayev əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam