Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qusarda narkomaniya əleyhinə tədbir keçirilib-FOROLAR 

 

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qalacıq kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq”, "Erkən nikah və onun fəsadları" mövzularında  maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, icra hakimiyyəti və mərkəzi xəstəxananın  nümayəndələri, məktəbin pedaqoji heyəti,  yuxarı sinif şagirdləri iştirak ediblər. 

Yenixeber.org: Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı  Mövlud Əliyev  narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, cari  il ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb. 

Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev, şagirdlərə erkən nikahın fəsadlarından bəhs edərək onlara öz hüquqlarını  bir daha  izah edib. 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam