Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Qusarda narkomaniya əleyhinə tədbir keçirilib -FOTOLAR

 

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bədişqala kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq”, "Erkən nikah və onun fəsadları" mövzularında  maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, icra hakimiyyəti və mərkəzi xəstəxananın  nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Yenixeber.org: Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı  Mövlud Əliyev  narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, cari  il ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

  

Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev, şagirdlərə erkən nikahın fəsadlarından bəhs edərək onlara öz hüquqlarını  bir daha  izah edib.

 Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam