Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Narkomaniya və onun fəsadları" adlı təlim keçirilib ***Nərimanovda - Fotolar

 Yenixeber.org: Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin daha bir təlimi keçirilib.
25 may 2018-ci il tarixdə “Bakı Avrasiya” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib.
Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Bakı Avrasiya" Universitetinin tədris departamentinin sədri Mənsim Məmmədov, 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov və 50 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan "Bakı Avrasiya" Universitetinin tədris departamentinin sədri Mənsim Məmmədov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir. Eyni zamanda R.Rzayeva bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdi.
Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniyanın, narkobiznesin ön sıralarda dayandığını bildirib. Qeyd edib ki, narkomaniya və narkobiznes cəmiyyətdə çox faciəvi nəticələrə gətirib çıxaran bir bəladır. Onun sözlərinə görə, narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Mütəxəssislərin hesablamalarına istinad edən direktor müavini deyib ki, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla minlərlə insan bu bəladan əziyyət çəkir. V.Ömərov təəssüflə vurğulayıb ki, Azərbaycanda da minlərlə insan narkotiklərə aludə olaraq narkomaniyanın qurbanına çevrilib.
Mövzu ətrafında çıxış edən 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova narkomaniya və onun cəmiyyətə, insanlığa vurduğu zərər barədə məruzə edib. Bildirib ki, insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm” - narkomaniya yunan sözüdür. "Narko” donub qalmaq, "maniya” psixi pozğunluq deməkdir. Bəşəriyyət uzun illərdir narkomaniyanın törətdiyi dəhşətli fəsadlarla üz-üzə qalıb. Onun sözlərinə görə, narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən öz immunitet sistemini iflasa uğradır, yoluxucu xəstəliklərə yoluxurlar. Narkotik
maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, asılılıq yaranır, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində də qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar. Həkim-infeksionist deyib ki, narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. A.Pənahovanın sözlərinə görə, son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana çıxıb ki, bu da xüsusilə təhlükəlidir. Çünki, bu növ yeni narkotik maddələr insanı asanlıqla özünə alışdırır, tezliklə arıqladır və tədricən ölüm yatağına doğru sürükləyir. Natiq çıxışının sonunda tələbələri narkomaniyadan – "ağ ölüm”dən, ümumiyyətlə pis vərdişlərdən uzaq durmağa, ailələrinə, Vətəninə, xalqına layiqli övlad kimi böyüməyə, təmsil olunduğu cəmiyyətə, bütövlükdə bəşəriyyətə öz əməlləri ilə töhfə vermək amalı ilə yaşamağa səsləyib.
Son çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov narkomaniyanın fəsadları, narkotik aludəçilərinin müalicə proseduru, onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyat tərzinə qayıtması üçün görüləsi vacib olan işlərdən söhbət açıb. R.Rüstəmov ölkə qanunvericiliyindən sitatlar gətirməklə, narkotik maddələrin alqı-satqısına, yaymağa görə nəzərdə tutulan cinayət məsuliyyətdən, narkomaniya və narkobizneslə mübarizə tədbirlərindən danışıb. O, narkotik asılılığı olan insanların cinayət törətməyə meyilli olmalarını, narkotik maddəni əldə etmək üçün müxtəlif yollara əl atdıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, hər bir valideyn övladını narkotik vasitələrdən, "ağ ölüm”dən uzaq tutmaq üçün öz sevgi və diqqətini ondan əsirgəməməli, övladının ən yaxın dostuna, sirdaşına çevrilməlidir.
Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışlar.
Sonda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsi çərçivəsində keçirilən esse və rəsm müsabiqələrində fərqlənən məktəblilər fəxri fərmanla mükafatlandırılmışlar.
    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam