Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Beş güləşçimizdən üçü final görüşünə çıxacaq-Avropa çempionatı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. 

Yenixeber.org: Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. İdmançılarımızın hər biri 1/8 finaldan start verəcək. 

60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gələcək. 67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kuliklə (Ukrayna) güləşəcək. 

82 kq-da titullu pəhləvan Rafiq Hüseynov isveçrəli Mark Veberin (İsveçrə), 97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovun müqavimətini qırmağa çalışacaq. 

Bu gün, həmçinin dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrunda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə gürcüstanlı Laşa Qobadzeylə bürünc medal uğrunda güləşəcək. 

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıblar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam