Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Dünyada ilk: Balıq əti 3D ilə çap edildi

İsrail alimləri balıq ətini 3D printerdə çap edərək süni şəkildə yenidən yarada biliblər.
Yenixeber.org: Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Son onilliklərdə elm adamları fəal şəkildə ətin süni əvəzedicisini axtarırlar. Nəzəri olaraq, bu, etik səbəblərdən heyvan əti yeməyən vegeterianların tələbini ödəməklə yanaşı, təsərrüfatların ətraf mühitə olan yükünü də azaldacaq.

Bu sahədə perspektivli texnologiya 3D printerdə canlı əzələ hüceyrələri ilə çapdır ki, bunun sayəsində də ət xarakterik bir quruluş əldə edir. İndi “Stakeholder Foods” şirkətinin israilli mütəxəssisləri bu texnologiyadan istifadə etməklə təkcə ət deyil, həm də balıq əti də istehsal etməyə nail olublar.

Hazırlanan məhsulu dövlət başçısı Benyamin Netanyahu dadıb. “Bu gün şirkət balıq istehsalı üçün 3D printerdən istifadə edən dünyada ilk şirkətdir. Baş nazir laboratoriyada istehsal olunan balıq və ətin dadına baxıb, müxtəlif printerləri nəzərdən keçirib”, - ofisdən bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam