Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Nazirlərin görüşü - Yekun bəyanatda nələr var...

Yaponiyanın Karuizava kurort şəhərində G7-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.  

Yenixeber.org:xəbər verir ki, görüş zamanı gündəmin əsas mövzusu Ukraynadakı müharibə olub. 

Bildirilib ki, görüş mayın 19-21-də Xirosimada keçirilməsi planlaşdırılan G7 sammiti öncəsi son danışıqlardır.  Karuizavada keçirilən görüşdə müzakirə edilən ikinci strateji vəzifə G7-nin “qlobal cənub” ölkələrinə dönüşüdür. 

Yekun bəyanatda qeyd olunub ki, G7 Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb edir. XİN başçıları bildiriblər ki, üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünün qarşısını almaq üçün koordinasiya gücləndiriləcək, Rusiyanın Ukraynaya qarşı müharibəsini maddi cəhətdən dəstəkləyənlərə qarşı tədbirlər görüləcək. 

Bundan əlavə, G7 Rusiyaya qarşı sanksiyaları gücləndirəcək, onlara tam əməl edəcək. Nazirlər Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planlarını qəbuledilməz adlandırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam