Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Misir Rusiyanı raketlə təmin edir? - Şok iddia

 

"Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır". 

Yenixeber.org: Bunu "The Washington Post" nəşri Pentaqonun sosial şəbəkəyə sızmış “məxfi sənədləri”nə istinadən yazıb. 

Bildirilib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda Rusiyaya qaçaqmalçılıq yolu ilə 40 minə qədər raket tədarük etməyi əmr edib. Nəşrin məlumatına görə, sənəddə Misir prezidentinin Qərblə problem yaşamamaq üçün rəsmilərə raketlərin istehsalı və daşınmasını gizli saxlamağı da tapşırdığı bildirilib. Burada Rusiya üçün mərmi və barıt tədarükü də qeyd olunub. 

Sənədlərə görə, Misir diplomatı Əhməd Əbu Zeyd jurnalistlərə bildirib ki, Misirin müharibənin ilk günlərindən tutduğu mövqe müdaxilə etməməyə əsaslanır: “Biz hər iki tərəfi hərbi əməliyyatlara son qoymağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik". 

Öz növbəsində ABŞ hökumətindən anonim mənbə bildirib ki, bu cür tədarüklərin həyata keçirildiyinə dair heç bir sübut yoxdur: "Biz bunun baş verdiyini görməmişik". 

Qeyd olunub ki, Rusiyanı Ukraynadakı müharibə üçün silahla təmin etmək Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, ölkəyə ildə 1 milyard dollardan çox təhlükəsizlik yardımı göstərən ABŞ ilə tərəfdaşlıq quran Misir üçün təhlükəli olardı. 

"Misir bizim Yaxın Şərqdəki ən uzunmüddətli müttəfiqlərimizdən biridir. Sisinin gizli şəkildə Rusiya üçün Ukraynada istifadə oluna biləcək raketlər istehsal etdiyi doğrudursa, biz münasibətlərimizi ciddi şəkildə nəzərdən keçirməliyik", - senator Kris Mörfi söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam